USD 1.7
10 °C

Messinin Azərbaycana gəlişi ölkə turizminə necə təsir göstərəcək? – TURİZMÇİLƏR DANIŞIR

Dekabr 16, 2024 14:01 / 239
Messinin Azərbaycana gəlişi ölkə turizminə necə təsir göstərəcək? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Dekabrın 11-də Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya səfər ediblər. ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutan tədbirdə səhnəyə çıxıblar.

cbx-add

Lionel Messi ölkəsinə qayıdan kimi sosial şəbəkə hesabında Azərbaycana dair video yayımlayıb ki, bu video 16 dekabr tarixinədək 33.5 milyon dəfə izlənilib. Qeyd edək ki, əfsanəvi futbolçunun Instagram hesabında 504 milyon izləyicisi var.

Messi Bakıda

Bu səfər ərəfəsində və sonrasında ictimaiyyətdə bir çox müzakirələr olsa da səfərin ölkə turizminə müsbət təsir göstərəcəyi məlum məsələdir.

Turizmplus.az bu məsələ ilə bağlı turizmçilər arasında sorğu keçirib.

“Green Apple MICE & Leisure Travel” şirkətinin Baş direktoru Fərahim Əliyev:

– Öncə onu bildirmək istərdim ki, adını idman aləminə qızıl hərflərlə yazdıran dünya şöhrətli futbolçu Messinin qısa olsada Azərbaycana səyahəti və ələxsus sosial media resurslarında Azərbaycan səfəri haqqında qısa metrajlı video paylaşımı ölkəmizin artıq inkişaf etməkdə olan bir turizm destinasiyası kimi tanınmağına təbii ki, səbəb olacaqdır. Futbolçunun Bakı səfəri haqqında paylaşdığı videoçarxa artıq 16 saatdan az bir vaxtda 1 milyonadək bəyənmə (like) gəlmişdir və 10 milyonlarla izlənmə var. Bu da ona dəlalət edir ki, Azərbaycanın bir turizm destinasiyası olaraq daha geniş, dünya miqyaslı auditoriya tərəfindən tanınmağa gətirib çıxardacaqdır. Bu işin təşəbüskərlarına, təşkilatçılarına təşəkkürümüzü bildirmək istəyirik.

Bu gün artıq ənənəvi destinasıya tanıtım instrumentlərindən başqa, həmçinin influens yəni təsir dairəsi geniş və reytinqi yüksək olan dünya şöhrətli idman uulduzlarının və digər ictimai xadimlərin Azərbaycana gətirilməsi ümumdünya turizm ictimaitində böyük rezonansa səbəb olur. Misal olaraq keçən il Bakıda keçirilən beynəlxalq popyularlığa sahib “Imagine Dragons” pop qrupunun Bakı konsertində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən, xüsusilə, qonşu Gürcüstan, MDB regionu Qazaxıstan, Özbəkistan, Qırğısıtan, Rusiya, və qonşu Türkiyə kimi ölkələrdən Azərbaycana heyrətamiz dinamik turist axınına və çarter uçuşlarının sifarişinə şahid olduq.

“Rustar Tourism” tur-operatorunun Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Əliyev:

– Messinin Azərbaycana gəlməsi, xüsusilə onun tanınmış bir dünya ulduzu və idmançı olması, ölkəyə gələn turizmin artmasına müsbət təsir göstərir. Messi, geniş bir pərəstişkar bazasına sahib olduğuna görə, onun Azərbaycana səfəri, turistlər üçün maraqlıdır və ölkənin turistik cazibəsini artırmaq üçün yaxşı bir fürsət yaradır. Messi, xüsusilə sosial media və mətbuat vasitəsilə böyük bir izləyici kütləsinə sahib olduğu üçün, onun Azərbaycana səfəri, ölkənin tanıtımına kömək edir. Ümumilikdə, Messinin Azərbaycanda olması, gəlmə turizminin artmasına kömək edə bilər, çünki belə bir şəxsiyyətin səfəri, Azərbaycanın dünya səhnəsində tanınmasına əlavə dəstək verir. Bu cür tədbirlər turistlər üçün cəlbedici ola bilər və onlar bura səfər etməyi düşünə bilərlər.

“Bee Tours” şirkətinin rəhbəri Azər Hüseynov:

– Messi, Suarez, Busquets, Jordi Alba kimi dünya ulduzlarının Azərbaycana səfər etməsi və xüsusilə Messinin 500 milyondan çox izləyicisi olan platformasında ölkəmizlə bağlı paylaşım etməsi inanılmaz bir hadisədir. Bu, həm də gəlmə turizmə böyük təsir göstərə bilər. Belə ki, bugün bir çox Cənubi Amerika ölkələri Azərbaycan haqqında çox az məlumatlıdırlar. Belə bir səfər, belə bir paylaşım, Azərbaycan Turizm Bürosunun təbliğat kampaniyalarına ciddi dəstək olacaqdır və 10 milyonlarla dollar xərcləyərək əldə edə biləcəyimiz effekti bugün bir səfər ilə, bir video paylaşım ilə əldə edəcəyik. Bu cür dünya şöhrətli ulduzlar, arxalarınca milyonlarla insanı aparır, gələcəkdə həm turizmin inkişafına, həm də beynəlxalq arenada Azərbaycanın cazibədar məkan kimi tanınmasına, ölkəmizin ümumi iqtisadi və sosial inkişafına da müsbət təsir göstərə bilər.

 

Oxşar xəbərlər